İstirahət mərkəzləri müasir rabitə xidmətləri ilə təchiz olunur
“Aztelekom” İstehsalat Birliyi istirahət mərkəzlərində dincələnlərə müasir rabitə xidmətləri təqdim etməyə hazırdır. Bu barədə məlumatı birliyin baş direktorun 1-ci müavini, texniki direktor Zahir Vəliyev verib.
Onun sözlərinə görə, problemlərin yaşanmaması üçün istirahət mərkəzlərinin yerləşdiyi rayonların müvafiq rabitə müəssisələri tədbirlər planının uyğun bəndlərinin icrasını tam nəzarətdə saxlayır. İstirahət mərkəzlərində əhaliyə geniş rabitə xidmətləri təqdim etmək və eyni zamanda, orada internetə çıxış imkanları yaratmaq diqqət mərkəzindədir. “Hazırda bununla bağlı bir çox istirahət mərkəzlərindən müraciətlər daxil olub.
Bir çox istirahət mərkəzləri isə artıq telefon və internet xidmətləri ilə təmin olunub. Bu ilin sonu və gələn ilin əvvəlində isə Azərbaycanda elə bir yer qalmayacaq ki, orada genişzolaqlı internet olmasın,”- deyə texniki direktor bildirib.
Qeyd edək ki, 2013-2015-ci illər regionların genişzolaqlı internetlə təmini Dövlət Proqramına uyğun olaraq regionlarda yaşayış məntəqələrinin genişzolaqlı internet xidmətləri ilə təmin olunması ən ucqar kəndlərdə yerləşən istirahət mərkəzlərinin internet xidmətləri ilə təminatına imkan yaradıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL