Azərbaycan sənədlərin internet resurslarında yerləşdirilməsi mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub
Polşanın paytaxtı Varşava şəhərində "Elektron sənəd və arxiv sənədlərinin internet resurslarında yerləşdirilməsi" mövzusunda XIII beynəlxalq konfrans keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin Azərbaycan Milli Arxiv İdarəsinə istinadən verdiyi məlumata görə, tədbirdə Mərkəzi və Şərqi Avropa ölkələrinin 20-dən artıq arxiv təşkilatının 50-yə yaxın nümayəndəsi iştirak edib. Konfransda Milli Arxiv İdarəsini Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov təmsil edib.
Tədbirdə müasir dünyada sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından arxiv işində səmərəli istifadə olunması, dövlət idarəçilik sistemində ənənəvi kargüzarlıq sistemindən elektron xidmətə keçidlə əlaqədar yeni yaranan elektron sənədlərin idarə edilməsi, onların effektiv mühafizəsinin təşkili, ənənəvi və elektron formada yaradılmış arxiv informasiya resurslarından müasir texnoloji vasitələrin tətbiq edilməsi yolu ilə istifadə olunması, arxiv sənədlərinin rəqəmsallaşdırılmasında mövcud olan problemlər, veb-resurslarda yerləşdirilmiş arxiv sənədlərə onlayn buraxılış və s. məsələlər ətrafında məruzələr edilib və geniş diskussiya üçün şərait yaradılıb.
Məruzə ilə çıxış edən Polşa, Latviya, Estoniya, Almaniya, Ukrayna, Rusiya, Bolqarıstan arxiv təşkilatlarının nümayəndələri öz ölkələrində bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat veriblər.
Qeyd edək ki, konfrans iştirakçıları növbəti ildə "Elektron sənədlərin ekspertizası və sənədlərin məhv edilməsi məsələləri" mövzusunda müzakirələrin aparılmasını qərara alıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL