waplog

“Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans çərçivəsində elmi seminarlar keçirilib


Bu gün Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda beynəlxalq konfransı çərçivəsində elmi seminarlar keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanda bu sahənin inkişafına böyük əhəmiyyət verildiyi və yüksək texnologiyaların dünyada enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində istifadəsinə öz töhfəsini verdiyi bildirilib.

Seminarlar sintetik texnologiyaların, alternativ enerji istehsalının, süni fotosintez texnologiyalarının ekoloji problemlərin həllində istifadəsi ilə bağlı mövzular ətrafında müzakirələrə həsr olunub.

Tədbir çərçivəsində akademik Cəlal Əliyevin fotosintez sahəsində elmi nailiyyətlər sayəsində kənd təsərrüfatının taxıl istehsalı sahəsinin inkişafına verdiyi töhfə, yaratdığı yeni taxıl növləri haqda beynəlxalq səviyyəli alimlərə ətraflı məlumat verildi. Onun rəhbərliyi ilə ölkədə minlərlə genotipə malik olan buğda növlərinin yaradılması haqda bəhs edilib.

Tədbirdə beynəlxalq ekspertlər yekdilliklə fotosintez sahəsində aparılan tədqiqatların davam etdirilməsini və bu sahəyə siyasətçilərin və investorların diqqətinin cəlb edilməsini vacib sayıb. İyunun 9-dək davam edəcək konfransda süni fotosintezin buğda istehsalında istifadəsi, molekulyar biologiya, bioinformatika, genetika sahəsində tətbiq edilən yeni metodlar haqda bəhs edən məruzələr təqdim ediləcək.

Qeyd edək ki, konfransda dünyanın 37 ölkəsindən 300-dən çox beynəlxalq ekspert təmsil olunub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL