Azərbaycanın fotosintez sahəsində əldə etdiyi elmi nailiyyətləri Yaponiyanın kənd təsərrüfatında geniş istifadə edilib
Yaponiya Azərbaycan universitetləri ilə fotosintez, nanobiologiya və digər elmi istiqamətlər sahəsində əməkdaşlıq etməyə və öz universitetlərində azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.
Tokio Elm Universitetinin professoru Tatsuya Tomonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Yaponiyada əsas aparılan araşdırma istiqaməti bitkilərdə fotosintez prosesində dayanıqlı enerjinin əldə edilməsidir.
“Mən fotosintez sahəsində elmi araşdırmalarla məşğul oluram və deyə bilərəm ki, azərbaycanlı alim Cəlal Əliyev Yaponiyanın kənd təsərrüfatı üçün böyük işlər görüb. Onun fotosintez sahəsində əsas elmi kəşfi fotorespirasiyadır, hansı ki, fotosintez sahəsində elmi araşdırmaların əsasını təşkil edir. Neft tükənən enerji mənbəyi olduğu üçün və yaxın 100 il ərzində neftin tamamilə bitəcəyini nəzərə alsaq, deyə bilərik ki, bu kəşf gələcəkdə fotosintez sahəsində geniş istifadə taparaq enerji təminatı ilə bağlı problemlərin həlli ola bilər və dayanıqlı enerjinin alınmasına kömək edə bilər. Mən düşünürəm ki, Azərbaycanın bu sahədə kifayət qədər bacarıqlı alimləri var və bu sahədə Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın davam etməsini istərdim. Bizim ölkələr arasında hökumətlərarası əməkdaşlıq mövcuddur və mən hesab edirəm ki, bu əməkdaşlığın universitetlər arasında da qurulması mümkündür. Hətta bizim azərbaycanlı alim və tələbələr üçün Tokio Universitetinin təklif paketimiz var, hansı ki, yaşayış və təqaüd imkanlarını təqdim edir”,- deyə o bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL