Mobil skanerlərin tətbiqi sahəsində Fransanın təcrübəsi öyrənilir
Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində gömrük nəzarətində mobil skanerlərin tətbiqinə dair Fransanın təcrübəsi mövzusunda seminar keçirilib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, fransalı mütəxəssislərin iştirakı ilə keçirilən seminar Dövlət Gömrük Komitəsinin (DGK) və yerli gömrük orqanlarının əməkdaşları üçün nəzərdə tutulub.
Tədbirdə DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirib ki, seminarda məqsəd gömrük nəzarəti zamanı mobil skaner cihazlarının tətbiqi sahəsində Fransa Gömrük Xidmətinin təcrübəsilə yaxından tanış olmaq, fransalı gömrükçülərin sözügedən sahədəki işinin özəlliyi barədə ətraflı bilgi əldə etməkdir.
Baş İdarənin rəisi nəzərə çatdırıb ki, yerlərdə gömrük nəzarətini həyata keçirən əməkdaşlar bu sahədə qabaqcıl ölkələrin iş metodlarını dərindən mənimsəməli və onların yerlərdə uğurlu tətbiqinə nail olmalıdırlar. Azərbaycan və Fransa gömrük xidmətlərinin qarşılıqlı əlaqələrindən söhbət açan Ş.Bağırov iki ölkənin müvafiq qurumlarının kadr potensialının gücləndirilməsi istiqamətindəki əməkdaşlığını yüksək qiymətləndirib, bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Baş İdarənin rəisi indiyədək Azərbaycan tərəfinin gömrük sahəsində mobil nəzarətlə bağlı Fransanın təcrübəsini öyrəndiyini, bu dəfə isə həmin ölkənin mobil skanerlərin tətbiqinə dair iş metoduna müraciət edildiyini diqqətə çatdırıb. Bu məsələnin Azərbaycan gömrükçüləri üçün önəmli olduğunu bildirən Ş.Bağırov gömrük nəzarəti zamanı mobil skaner qurğularının istifadəsinin vacib və səmərəli olduğunu, Azərbaycan gömrüyündə bu qurğuların tətbiq edildiyini, lakin sözügedən sahədə bilik və peşə vərdişlərini daim yüksəltmək lazım gəldiyini bildirib.
Öz növbəsində, Fransa Gömrük Xidmətinin ekspertləri Erik Şasson və Qiyom Viskonti Azərbaycan Gömrük Xidmətinin mobil nəzarət, o cümlədən, mobil skanerlərin tətbiqi sahəsində Avropa təcrübəsinin öyrənilməsi təşəbbüsünü alqışladıqlarını, azərbaycanlı həmkarlarına bu məsələlər barədə dolğun bilik əldə etmələri üçün həmişə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Qonaqlar qeyd ediblər ki, Fransa tranzit ölkəsi olduğu üçün burada digər ölkələrin ərazilərinə qaçaqmal, eləcə də saxta malların keçirilməsi cəhdlərinə tez-tez rast gəlinir. Fransada gömrük nəzarəti zamanı mobil skanerlərin tətbiqinə xüsusi diqqət göstərilir və mobil skanerlərdən istifadə böyük fayda verir.
Həmin nəzarət avadanlıqlarının tətbiqi xüsusilə narkotik vasitələrin və tütün məmulatlarının aşkara çıxarılmasında önəmli rol oynayır. Ümumiyyətlə isə fransalı gömrükçülər mobil skanerlərin tətbiqi sahəsində ixtisaslaşıb və bu sahədə işi təkmilləşdirə biliblər.
Sonra seminar işə başlamış və ilk olaraq mövcud vəziyyətə dair məlumatlar öyrənilib, daha sonra mobil skanerlərlə bağlı Fransa metodunun təqdimatı keçirilib. Seminarın növbəti günü isə mövzu ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL