“Telefon nömrəsi üzrə axtarış” xidmətinə mayda müraciətlər artıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) may ayı üçün "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısını təqdim edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan "Telefon nömrəsi üzrə axtarış" xidməti may ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir.
Bu xidmətlə bağlı sayta 60862 giriş olub. Daha 7 elektron xidmətin daxil olduğu siyahıda Dövlət Sosial Müdafiə Fondunun 4 xidmətinin - "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (3574), "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (3530), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (1586), "Pensiya kalkulyatoru" (1283), Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (1214), Daxili İşlər Nazirliyinin "PİN-ə görə fərdi məlumatların axtarışı" (858) və "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" (725), Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (714) kimi elektron xidmətlərin adları var.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL