waplog

Mərkəzi Bankda mövcud maliyyə sistemlərinin təkmilləşdirilməsi çərçivəsində yeni texnologiyalar tətbiq ediləcək


Azərbaycan Respublikasının Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZİPS) Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üzrə tenderin qalibini elan etdi. Əldə edilən məlumata görə, Mərkəzi Bank tərəfindən keçirilən tenderin qalibi “Colvir Software Solutions Ltd.” (İngiltərə) və Azərbaycanın “Sinam” şirkətlərinin yaratdığı Konsorsium müəyyən olunub.

Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı və Konsorsium arasında müqavilələrin imzalanması üzrə hazırlıq işləri aparılır. “Colvir Software Solutions Ltd.” şirkəti bu layihədə əsas podratçı, Sinam” şirkəti isə subpodratçı kimi iştirak edəcək.

Tenderin şərtlərinə görə, icraçı şirkətlər layihə çərçivəsində Mərkəzi Bankın Əsas İnzibati Binasında (Bakı şəhəri) və Sumqayıt şəhərlərində yerləşən Ehtiyat Mərkəzində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sistemi proqram təminatı tətbiq edilərək Real Vaxt Rejimində Banklararası Hesablaşmalar və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemləri ilə inteqrasiya ediləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL