waplog

“Mərkəzi Bank və İqtisadiyyat” adlı rüblük elektron jurnal istifadəçilərin ixtiyarına verilib


Azərbaycan Mərkəzi Bankı “Mərkəzi Bank və İqtisadiyyat” adlı rüblük elektron jurnalın nəşrinə başlayıb.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, jurnal maliyyə-bank sektorunun və iqtisadiyyatın müxtəlif sahələrinin nəzəri-praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad elminin müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir. Jurnalın buraxılmasında əsas məqsəd geniş oxucu kütləsini və professional auditoriyanı müasir iqtisadiyyatla daha dərindən tanış etmək, iqtisadi nəzəriyyə və praktika, empirik iqtisadi tədqiqatların metodoloji məsələləri və ölkə iqtisadiyyatının inkişafı ilə bağlı aparılan tədqiqatların nəticələrini təqdim etməkdir.

Jurnal Azərbaycan Mərkəzi Bankının iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində apardığı fəaliyyətinin mühüm elementidir. Onun işıq üzü görməsi iqtisadi məsələlərin elmi cəhətdən öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi nəzəriyyə və praktikanın sintezinə imkan verən yanaşmaların formalaşmasında, cəmiyyətdə iqtisadi biliklərin yayılmasında mühüm rol oynaya bilər.

Burada makroiqtisadiyyat, mikroiqtisadiyyat, monetar iqtisadiyyat, maliyyə-bank sektoru, inkişaf iqtisadiyyatı, sosial sfera kimi sahələrdəki aktual məsələlərin tədqiqinin nəticələri və ən müasir metodoloji açarlar əks olunacaq. “Mərkəzi Bank və İqtisadiyyat” jurnalının ilk nömrəsi Mərkəzi Bankın internet səhifəsində  yerləşdirilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL