waplog

Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlıq əlaqələri qurulur


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Nikola Uliş (Nicola Ullisch) ilə görüş keçirilib. Əsas məqsəd institutun fəaliyyəti ilə tanışlıq və əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Öncə institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev qonağa qurumun əsas fəaliyyət istiqamətləri, innovativ şəraiti və maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verdi. İnstitutun müasir standartlar səviyyəsində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatı haqqında söz açıb.

N.Uliş Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla da yaxından tanış olub.

DAAD barədə məlumat verən qonaq bildirib ki, bu qurum dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük maliyə şirkətidir. Qeyd etdi ki, 1925-ci ildən fəaliyyətə başlayan təşkilat Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərib.

Görüşdə Almaniyanın elmi tədqiqat institutları ilə əməkdaşlıq perspektivləri, müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub. Həmçinin azərbaycanlı gənc alimlər üçün Almaniyada tədqiqat imkanları və təqaüd proqramları mövzusunda təlim seminarlarının keçirilməsi qərara alınıb.

DAAD-ın nümayəndəsi hər iki ölkənin müvafiq tədqiqat institutları ilə davamlı fəaliyyətin təşkili və alman təcrübəsinin öyrənilməsi istiqamətində təmsil etdiyi qurumun instituta hər zaman köməklik göstərməyə hazır olduğunu qeyd edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL