waplog

Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs sistemləriylə təchizatının təmin edilməsi ilə bağlı tender elan ediləcək


Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs sistemləriylə təchizatının təmin edilməsi ilə bağlı tender elan edilməsi gözlənilir. “ProAV” şirkətinin baş direktoru Elşən Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, tenderin yaxın 2-3 ay ərzində elan edilməsi gözlənilir.

“Harmann” şirkəti mütləq Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs texnologiyaları ilə təchizatı ilə bağlı tenderdə iştirak edəcək”,- deyə A. Əliyev bildirib. Bu ilin aprel ayında Bakıda keçirilən seminarda iştirak edən “Harmann” şirkətinin peşəkar sistemlərin satışı üzrə mütəxəssisi Qriqori Parovichnikov “ICTnews” xəbər xidmətinə bildirmişdir ki, Azərbaycan bazarı şirkət üçün çox böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, şirkət gələcək perspektivdə Azərbaycan televiziyasının inkişafında, rəqəmli yayıma keçid çərçivəsində iştirak etmək niyyətindədir. Bu layihələrdə səs ahəngini yaratmaq üçün avadanlıqlar təqdim etməyə hazırdı. Hazırda şirkətin səs avadanlıqlarından “BBC”, “CCN”, “ORT”, “RTR” kanallarında geniş istifadə edilir. “Harmann” şirkətinin məhsullarından dünyada fəaliyyət göstərən mühüm və böyük stadionların 70%-i istifadə edir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL