"LG" şirkəti "Optimus F3" smartfonunu təqdim edib
"LG Electronics" şirkəti və "Sprint" operatoru "Android 4.1.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyən "Optimus F3" smartfonunu təqdim ediblər. Aparat 4 düymlü diaqonala malik "IPS" matrisli sensor ekranla təchiz edilib; təsvir ölçüsü 480x800 nöqtə (WVGA) təşkil edir.
"Corning Gorilla Glass 2" şüşəsi ekranın zədələnməsinin qarşısını alır. Cihaz 1,2 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, smartfon iki kamera (əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir), "Wi-Fi Direct" dəstəkli "Wi-Fi" simsiz rabitə adapteri, "NFC" mikroçipi və "Bluetooth" kontrolleri ilə təchiz edilib.
Akkumulyator batareyasının tutumu 2460 milliamper/saat təşkil edir. Smartfonun satışlarına iyunun 14-də başlanılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL