“Elektron hökumət” portalı vasitəsilə şəhərdaxili telefon nömrəsi təhvil verilə bilər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) daha bir elektron xidməti “www.e-gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib. Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, artıq əlavə vaxt itkisi sərf etmədən “Telefonun təhvil verilməsi” xidməti vasitəsilə vətəndaşın PİN kodu əsasında adına olan şəhərdaxili telefon nömrəsinin təhvil verilməsi mümkündür.
Bunun üçün portala daxil olub, RİTN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Telefonun təhvil verilməsi” xidmətinin adını seçmək lazımdır: “Açılan formanın içində vətəndaşın PİN kodu əsasında öz adına olan şəhərdaxili telefon nömrələrindən təhvil veriləni seçilməlidir. Həmin nömrə üzrə borc olduğu təqdirdə, bu haqda “Sizin rabitə xidmətlərinə görə borcunuz var.
Xahiş edirik, borcunuzu ödəyin!” sətrində açılan məlumat vasitəsilə abunəçiyə xəbərdarlıq ediləcək. Borcu ödədikdən sonra telefon nömrəsini təhvil vermək olar.
Abunəçinin heç bir borc olmadığı halda, “Xahiş edirik, əməliyyatı bir də təsdiq edin” sətrində “Təsdiq edirəm” düyməsi vasitəsilə şəhərdaxili telefon nömrəsi təhvil veriləcək və bu əməliyyat nəticəsində abunəçiyə göstərilən rabitə xidməti dayandırılacaq”.
Qeyd edək ki, aparılmış əməliyyat nəticəsində arayış PDF formatında çap oluna bilər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL