Bu da “ağıllı” çamadan
"Airbus" şirkəti "T-Mobile" mobil operatoru və "Rimowa" çamadan istehsalçısı ilə birgə "Bag2Go" "ağıllı çamadan" konseptini təqdim edib. Bu çamadan "iPhone" smartfonunda quraşdırılmış mobil tətbiqin köməkliyi ilə baqajın olduğu yerə nəzarət etməyə imkan verir.
Daxili "Find My Bag" funksiyası sayəsində baqajın yerləşmə mövqeyi barəsində xəbər tutmaq mümkündür.
"ICTnews.az" elektron xəbər xidməti "http://zhelezyaka.com/" saytına istinadən bildirir ki, baqajın yerini dəqiq
təyin etmək üçün həmçinin "GPS" və mobil şəbəkələrin məlumatlarından istifadə olunur.
"Bag2Go" daxili rəqəmli tərəziyə malikdir və onun məlumatları smartfona ötürülür. "Airbus" nümayəndələrinin sözlərinə görə, "Bag2Go" layihəsi hələ ki erkən inkişaf mərhələsindədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL