“Galaxy S4” kamerafonu təqdim edilib
"Samsung" şirkəti iyunun 20-də keçiriləcək "Premiere 2013" mətbuat konfransında "Galaxy S4" smartfonunun "Zoom" əlavəsi ilə daha bir növünü təqdim edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, smartfonun əsas xüsusiyyəti optik zuma malik 16 meqapiksellik kameradır. Kamerofonun xüsusiyyətləri "S4 mini" modeli ilə oxşardır. O, 4.3 düymlü "AMOLED" ekran, 1.6 QHs takt tezlikli ikinüvəli çip, 8 QB daxili yaddaş, həmçinin "Bluetooth 4.0", "Wi-Fi" (802.11 a/b/g/n) və "A-GPS" modulları ilə təchiz ediləcək.
"Zoom" smartfonu "Android 4.2.2 (Jelly Bean)" əməliyyat sistemi ilə işləyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL