waplog

Nağdsız hesablaşmaların həcmi artır


Azərbaycanda müxtəlif sahələr üzrə nağdsız hesablaşmalar istiqamətində aparılan həvəsləndirici və təbliğat işləri öz bəhrəsini verib. Belə ki, artıq son bir ildə ölkədə nağdsız ödənişlərin xüsusi çəkisi 3 dəfə artıb. Bununla da onun payı ümumi dövriyyənin 10%-nə çatıb.

"ICTnews.az" elektron xəbər xidmətinə bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov danışaraq bildirib ki, hazırda Azərbaycanda nağdsız ödənişlərin artmasına mane olan əsas səbəblərdən biri plastik kartdan istifadə vərdişlərinin aşağı olmasıdır:

«Əgər bir il əvvəl nağdsız ödənişlər ümumi dövriyyənin 3%-ni təşkil edirdisə, indi bu rəqəm 10%-ə çatıb». Ölkədə nağdsız ödənişlərin inkişafı ilə bağlı hazırlanan təkliflərə hökumətdə baxıldığını da söyləyən nazir müavini güman edir ki, bu il ərzində məsələlər həllini tapacaq və ondan sonra kartlardan istifadə daha da genişlənəcək: «Kartlardan istifadəni stimullaşdırmaq üçün təkliflərdə kartla ödənişi qəbul edən sahibkarlar üçün güzəştlər nəzərdə tutulub, onlardan da biri ƏDV-dən azad olmaqdır. Təkliflərdə inzibati addımlar da, o cümlədən nağd ödənişin məbləğinin məhdudlaşdırılması planlaşdırılır».

Ölkədə nağdsız ödənişlərin inkişafı üçün görülən işlərə toxunan nazir müavini bildirib ki, qısa müddət ərzində ölkədə 30 mindən artıq POS-terminal alınaraq quraşdırılıb. Onların əksəriyyəti Bakı şəhərindədir: «Respublikada bununla bağlı xüsusi proqram həyata keçirilir. POS-terminallar bütün şəhər və rayonlarda olmalıdır ki, istəyənlər istifadə edə bilsinlər».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL