Nazir müavini: «Çox güman ki, növbəti layihələrimizdə də məhz belə tərəfdaşlar seçiləcək»
"İlk telekommunikasiya peyki orbitə çıxdıqdan sonra artıq ikinci peykin də üzərində işlər aparılır. 2015-ci ildə Azərbaycanın aşağıorbitli peykinin orbitə çıxarılması planlaşdırılır. Bu peykin əsas təyinatı yer səthinin tədqiqatlarının aparılması və iqtisadiyyatımız üçün səmərəli olan müxtəlif sahələrdə bu tədqiqatlardan istifadə edilməsindən ibarətdir".
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. E.Vəlizadə bildirib ki, növbəti ikinci telekommunikasiya peykimizin orbitə buraxılması isə 2016-cı ilə planlaşdırılır. Artıq sözügedən iki layihənin hazırlıq mərhələsində olduğunu vurğulayan nazir müavini qeyd edib ki, yaxın zamanlarda tenderlər keçiriləcək və müvafiq qaliblər seçiləcək:
"Tenderin nəticəsindən sonra işləyəcəyimiz şirkətlər müəyyənləşəcək. Buna da uyğun olaraq birinci layihədə olduğu kimi, planlı şəkildə həmin fəaliyyət davam edəcək. Qeyd edim ki, Azərbaycan artıq bu sahədə müsbət təcrübə toplayıb. Ölkəmizin birinci layihəsindən sonra dünyanın ən böyük və tanınmış, yüksək texnologiyalara malik olan etibarlı tərəfdaşlarla əməkdaşlığı istiqamətində təcrübəsi var. Çox güman ki, növbəti layihələrimizdə də məhz belə tərəfdaşlar seçiləcək".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL