Avtomobillərdə SMS sistemi qurulacaq
Amerika hökuməti sürücüləri sükan arxasında telefon danışıqlarından qorumaq üçün mobil qurğunu avtomobilin daxili sistemi ilə birləşdirməyi təklif edib.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, belə halda avtomobilin daxili sistemi sükan arxasında SMS göndərmək imkanı söndürüləcək və ya salonda sürücünün nə vaxt telefondan istifadə etdiyini müəyyən edən qurğular quraşdırılacaq.
ABŞ-ın Yol nəqliyyatının təhlükəsizliyi üzrə milli idarəsi (National Highway Traffic Safety Administration, NHTSA) artıq uzun müddətdir ki, sürücülərin sükan arxasında təhlükəsizliyini təmin etmək məqsədi ilə mobil telefonla danışıqlara məhdudiyyət qoymalarını tövsiyə edir və indi bununla bağlı qəti tədbirlər görməyi təklif edib. "NHTSA"-in nümayəndəsi Nataniel Byusun (Nathaniel Beuse) sözlərinə əsasən, bu sistemlərin tətbiqi mobil qurğunun sürücü avtomobili idarə etdiyi zaman söndürməyə imkan verir, belə ki, üsulların biri telefonun mütləq avtomobilin daxili sisteminə qoşulmasını tələb edir.
Bu sistem səsli zənglərin daxil olmasına məhdudiyyət qoymasa da, SMS-lərin göndərilməsi, videofayllara baxmaq və sosial şəbəkələrdən istifadə etmək imkanını söndürür. Belə yanaşma avtomobil sahiblərini qoruyacaq, lakin onların məhdudlaşdırılmaq istədikləri sual altındadır.
Ehtimal edilir ki, bir sıra sürücülər, avtomobilin onların telefonunu idarə etməsindən narazı olacaqlar. "NHTSA" eyni zamanda maşının salonunda sürücünün mobil telefondan istifadə etdiyini müəyyən edən xüsusi qurğuların quraşdırılmasını təklif edir.
Bu qurğular, təhlükəsizlik kəməri bağlanmadıqda olduğu kimi sürücüyə siqnalla xəbərdarlıq edəcək və bu halda telefon söndürülməyəcək. Amerikalı tənzimləyicilər telefonun sükan arxasında texnoloji söndürülməsi variantlarının hazırlanması haqda düşünürlər. ABŞ-da 2010-cu ildə telefonlar 3092 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
"NHTSA" əmindir ki, sürücülərin yoldan fikirlərini yayındıran təkcə mobil telefonlar deyil, həm də multimedia sistemlərinin ekranlarına quraşdırılmış sensor ekranlardır. İdarə bu qurğulara ardıcıl toxunmanı 6-dək azaltmaqla məhdudlaşdırmağı təklif edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL