waplog

Məktəblər «ağıllı» sistemə keçir


«2005-ci ildən başlayaraq həyata keçirilmiş Dövlət proqramları nəticəsində məktəblərdə «şagird-kompüter» nisbəti 1000:1-dən 20:1-ə enib. Məktəblərdə təkcə kompüter avadanlıqlar deyil, həmçinin müasir proyektorlar, «ağıllı» lövhələr quraşdırılmış, İnternetə çıxışla təmin edilir».

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin «facebook» sosial şəbəkəsindəki səhifəsində kənd məktəblərinin nə vaxt İKT ilə tam təmin olunacağı barədə sual cavablandırılarkən bildirilib.

Qeyd olunub ki, rayonlarda, kəndlərdə tikilən və ya təmir edilən məktəblər kompüter avadanlıqları ilə təchiz olunur, bu proses davam edir və nəticədə hər bir məktəbdə belə şərait yaradılacaq. Ölkədə həyata keçirilən «Xalq kompüteri» layihəsi də bu işlərə töhfə verir, şagird və müəllimlər, ali məktəblərin bütün işçiləri və tələbələr güzəştli şərtlərlə (1 il müddətində faizsiz kredit şəklində) bazar qiymətlərindən 25% ucuz, lisenziyalı proqramlarla yüklənmiş kompüterlər əldə bilərlər.

«Məktəblərdə hər uşağa kompüter veriləcəkmi» sualına cavab olaraq isə bildirilib ki, təhsildə qəbul olunmuş Dövlət proqramları tədris prosesində kompüter avadanlıqlarından səmərəli istifadənin təmin edilməsinə yönəlib. Təhsil Nazirliyi indi «1 şagird-1 kompüter» layihəsi həyata keçirir. Layihə hazırda müsabiqə əsasında keçirilir və qalib gəlmiş müəllimlərin sinfindəki şagirdlərə netbuklar verilir.

İndiyədək 15 ümumtəhsil müəssisəsinə 2000-dən çox netbuk verilib. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər.

APA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL