waplog

“Nokia” şirkəti “Symbian” əsasında işləyən telefonların satışını dayandırır


"Nokia" şirkəti "Symbian" əməliyyat sistemi əsasında işləyən telefonların dünya bazarına təchizatını bu ilin yayında tamamilə dayandırır və "Windows Phone" əsasında işləyən qurğular üçün yol açır.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, fin istehsalçısı buraxılmış "Symbian"-qurğularını axıradək satmaq niyyətindədir və artıq yenilərini buraxmamaq niyyətindədir, çünki müasir ölçülərə görə bu əməliyyat sistemi "iOS" və "Android" ilə rəqabət apara bilmir.

Analitiklər deyirlər ki, "Symbian"ın sürətli ölümü "Nokia"nın digər rəqiblərdən geri qaldığı haqda daha bir siqnaldır, ilk növbədə bu, "Apple" və "Google"-dur.

"Nokia"nın özündə satışların dayandırılmasının əsas səbəbinin bu qurğulara olan tələbatın azalması ilə bağlı olduğunu gizlətmirlər. Bu da smartfon bazarının kəskin artımına baxmayaraq baş verir.

Fin şirkəti eyni zamanda yaxın gələcəkdə "Microsoft" həllərində fikrini cəmləşdirmək niyyətində olduğunu bildirir. Bir çox sənaye inkişaf etmiş bazarlarda "Symbian" bazar payı 5-7% ətrafındadır, lakin bu göstərici artıq azalır və "Windows Phone" əsasında istehsal edilən "Nokia" smartfonlarının payından azdır. "Symbian"ın Avropa bazarında payı aprel ayının nəticələrinə əsasən təqribən 1,8% təşkil edib.

Bu ilin birinci rübündə "Nokia" 500 min "Symbian" üzərində işləyən qurğu istehsal edib. "Nokia"nın "Symbian" əsasında buraxdığı son qurğu 2012-ci ildə buraxılan "808 Pureview" smartfonudur.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL