waplog

Azərbaycanın İKT sektorunda 600 milyon manatlıq xidmət göstərilib


Azərbaycanın rabitə və informasiya sahəsində bu ilin yanvar – may ayları ərzində ümumilikdə 587 milyon manat həcmində xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ötən illə müqayisədə bu göstəricinin 9% artımı müşahidə olunub. Ümumilikdə sektor üzrə artım tempi 7,9% təşkil edib.

Göstərilən rabitə və informasiya xidmətlərinin ümumi həcmindən 350,4 milyon manat mobil rabitə xidmətlərinin payına düşüb. Ötən illə müqayisədə mobil rabitə sahəsində əldə edilən gəlirin həcmi 9,4% artıb, bu sahədə ümumi artım tempi isə 10% təşkil edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL