waplog

Gələcəkdə heyvanların danışığını başa düşmək olacaq


Amerikanın Şimali Arizona Universitetinin əməkdaşlarının hazırladığı unikal qurğu gələcəkdə heyvanların danışığını insan dilinə çevirəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, hazırda “heyvan dilindən tərcümə” Şimali Amerika preriyalarında yaşayan gəmiricilər üçün adaptasiya olunur. Alimlər qeyd edirlər ki, onlar çoxlu sayda müxtəlif səslər çıxarırlar və onların səs kommunikasiya sistemi heyvanlar aləmində ən inkişaf etmiş sistemlərdən sayılır.

Mütəxəssislər çoban itlərinin “ünsiyyət” prinsipini anlamağa nail olduqdan sonra onlar müvafiq lüğət tərtib edə və insan dilinə tərcümə alqoritmini yarada biləcəklər.

Gələcəkdə isə sözügedən alqoritm digər heyvanlara da adaptasiya olunacaq. Alimlər irəlidə gərgin iş olduğunu deyiblər və “heyvan dilindən tərcümə”nin işlək modelinin yalnız 10 il sonra hazır olacağını gözləmək olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL