waplog

YUNESKO - Polşa birgə Təqaüd Proqramı çərçivəsində Elm, Texnologiya və Mühəndislik sahəsində iştirakçılara fərdi tədqiqat proqramına başlamaq imkanı veriləcək


Polşanın YUNESKO üzrə Milli Komissiyası və Krakov Universiteti nəzdində olan YUNESKO kafedrası 2013-cü il üçün təqaüd proqramı elan edir. “ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, YUNESKO - Polşa birgə Mühəndislik üzrə Təqaüd Proqramı çərçivəsində, cari ilin 1 oktyabr tarixindən başlayaraq 6 ay müddətinə 32 təqaüd yeri ayrılıb.

Adıçəkilən təqaüd proqramının iştirakçılarına Elm, Texnologiya və Mühəndislik sahəsində fərdi tədqiqat proqramına başlamaq imkanı veriləcək. Təqaüd proqramı açıq müsabiqədə təqdim edilir.

Təqaüd proqramı üçün son müraciət tarixi 21 iyun 2013-cü ildir. Proqram haqqında və namizədlərin ixtisaslarına dair ətraflı məlumatı “http://www.unesco.org/new/en/fellowships/programmes/unesco-poland-co-sponsored-fellowships-programme-2013-engineering/” internet ünvanından əldə edə bilərsiniz.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL