waplog

Məhsuldar serverlər bazarının həcmi 5,3% artıb


“International Data Corporation” (IDC) tədqiqat şirkətinin məlumatına əsasən, 2013-cü ilin birinci rübündə məhsuldar server sistemləri bazarında mənfəətin həcmi 5.3% artıb və 2,5 milyard dollar olub. Ümumilikdə 33511 ədəd “maşın” tədarük edilib ki, bu da ötən ilin göstəricisini 16,4% ötür.

Ekspertlər xatırladıblar ki, 2012-ci ildə superkompüter seqmenti məhsuldar serverlər bazarının ən dinamik inkişaf edən sektoru olub. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən seqmentdə mənfəətin həcmi 29,3% artıb və 5,6 milyard dollar olub. Bu ilin birinci rübündə superkompüterlərin satış həcmi illik hesablamada 10.9% azalaraq 861 milyon dollar olub.

Analitiklərin proqnozlarına görə, 2013-cü ilin sonunadək superkompüter seqmentində nəzərəçarpacaq artım qeydə alınacaq. Qeyd edək ki, “HP” və “IBM” korporasiyaları ən böyük “HPC” server istehsalçısı olaraq qalırlar. 14,3% göstəriciyə malik “Dell” şirkəti üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL