waplog

ABŞ-da kiberfırıldaqçı dəstəsi tutulub


Nyu-Çersi Federal Prokurorluğu ABŞ-ın bank və hökumət idarələrinə qarşı yönəlmiş kiberfırıladaqçı sxeminın dəstəyi ilə amerikalı və xarici bank müştərilərinin hesablarından 15 milyon dollar oğurlamaq cəhdi etmiş səkkiz nəfərə qarşı cinayət ittihamı ilə çıxış edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Nyu-Çersi prokuroru Pol Fişman bildirib ki, müttəhimlərin dördü saxlanılıb, Ukrayna vətəndaşı olan iki nəfər axtarışdadır. Daha iki nəfər haqda məlumat hələ dəqiqləşdirilir.

İttihamın məzmununa əsasən, haker qrupu “Automated Data Processing Inc”, “Citigroup Inc”, “JPMorgan Chase & Co”, “TD Ameritrade Holding Corp” banklarına, həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin serverlərinə hücum edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL