waplog

“Huawei” şirkəti Böyük Britaniyada qərargah açıb


“Huawei” şirkəti Redinq şəhərində “Green Park” biznes-parkında qərargah açıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi xəbərə əsasən, yeni ofis kompleksinin ümumi sahəsi 140 min kvadrat metr təşkil edir və artan kadr tələbatını ödəməyə imkan verəcək. "Açılış şirkətin Böyük Britaniyada uzunmüddətli öhdəlikləri icra etməyə hazır olduğunun təsdiqidir və sərmayə proqramının reallaşdırılması istiqamətində ilk addımdır.

“Huawei” beş il ərzində Britaniya iqtisadiyyatına 1,3 milyard funt-sterlinq həcmində sərmayə qoymaq niyyətindədir”, - “Huawei” şirkətində bildiriblər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL