“HP” şirkəti “Cloud” “bulud”lu əməliyyat sistemini təqdim edib
“Hewlett-Packard” şirkəti Las-Veqasda “HP Discover” konfransı çərçivəsində, xüsusilə “bulud” hesablamaları üçün yaradılmış firma əməliyyat sistemini təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “HP Cloud OS” satışların ilkin mərhələsində yalnız alınan kommersiya server məhsullarına əlavə kimi yayılacaq. “Hewlett-Packard”da deyirlər ki, “Cloud OS” “HP”-nin ümumi konverqent “bulud” arxitekturasının əsasını təşkil edəcək. Şirkət artıq kommersiya müştərilərinə şirkətin data mərkəzlərində “bulud” platformaya çıxış təqdim edir.
“Cloud OS”un məqsədi – eyni “bulud” platformasını istifadəçinin data mərkəzində yaratmaqdır ki, o, istədiyi halda məlumatlarını data mərkəzindən “HP” “bulud”una və əks istiqamətdə keçirə bilsin. Şirkətin korporativ müştərilərinin 75%-dək lokal və məsafəli gücləri uyğunlaşdıraraq hibrid mühitləri istifadə edirlər.
Texniki nöqteyi-nəzərdən “HP Cloud OS” infrastruktur hostinq üçün nəzərdə tutulmuş “OpenStack” açıq proqram təminatına əsaslanır. Lakin burada “OpenStack”da olmayan bəzi baxışlar var, misal üçün, burada müxtəlif instalyasiya paketlərinin unifikasiya edilmiş sistemi var. Bu gün “HP Cloud OS” həlli, “bulud”lu platformaların təşkili üçün nəzərdə tutulmuş, “HP Cloud System” xəttinin avadanlıqlarında mövcuddur.
Gələcəkdə “Cloud OS” əməliyyat sistemi “Moonshot” ARM-serverlərində işləyəcək. Yeni əməliyyat sistemi bir sıra korporativ şəbəkə xüsusiyyətlərini dəstəkləyir, o cümlədən lokal və məsafəli sistemlərin birləşdirilməsi üzrə VPN sistemlərini. Bu sistemdə bir virtual əməliyyat sistemi 16 fiziki prosessorla və 120 Gb əməliyyat yaddaşı ilə işləyə bilər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL