ABŞ-ın yeni İT hökmdarı “Microsoft” şirkətinin veteranı olub
ABŞ-ın informasiya texnologiyaları üzrə yeni direktoru Bil Qeytsin keçmiş köməkçisi və “Microsoft” şirkətinin top-meneceri Rokel olacaq. Bu barədə, “The New-York Times” qəzeti məlumat yayıb.
41 yaşlı Stiven Van Rokel 2009-cu ildə Barak Obamanın inaqurasiya mərasimindən dərhal sonra ABŞ prezidentinin administrasiyasına qoşulub. O, burada ABŞ Federal Komissiyasının Rabitə məsələləri üzrə icraedici direktor mövqeyini tutub. Bu vəzifədə o, komissiyanı müasir texnologiyalardan aktiv istifadə edən ən innovasiyalı dövlət departamentlərindən birinə çevirə bilib.
"Biznes və informasiya sistemləri" ixtisası üzrə Ayova ştatının universitetini bitirən Rokel 15 il “Microsoft” şirkətində işləyib. O, şirkətdə korporasiyanın rəhbəri Bil Qeytsin şəxsi köməkçisindən “Microsoft Windows Server and Tools Division” bölməsinin baş direktoruna qədər müxtəlif vəzifələrdə çalışıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL