Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq
Nazirlər Kabineti (NK) Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (texnologiyalar parklarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.
Bu tədbir "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli qanununun tətbiqi barədə prezidentin təsdiqlədiyi 11 iyun tarixli fərmanda yer alıb.
Fərmana əsasən, NK üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra sənaye parkı və texnologiyalar parkı anlayışları qanunvericiliyin ana kitabına daxil edilib:
"Məcəllənin 13.2.52-ci və 13.2.53-cü maddələrində qeyd edilirdi ki, sənaye və texnologiya parklarının rezidenti - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir. Ölkə başçısının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə son 11 iyun tarixli fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, həmin Məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (sənaye parklarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirəcək".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL