RİTN ölkə üzrə ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxış imkanlarının yaradılması üçün tədbirlər görür
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxış imkanlarının yaradılması üçün tədbirlər görür.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, burada söhbət “ACM”, “İEEE”, “Springer”, “Elsevier” və sair bu kimi dünyaca məşhur beynəlxalq elmi bazalardan gedir. O da vurğulanıb ki, bu istiqamətdə işlərin aparılması 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planına daxildir.
Qeyd edək ki, sözügedən işlər Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birgə həyata keçirilir. Xatırladaq ki, “Elsevier” dünyanın ən qocaman nəşriyyatlarından biridir və 1880-ci ildə yaradılıb.
Hazırda 18 milyard dollar kapitalizasiyaya malikdir. May ayının 8-də RİTN-nə səfər edən şirkətin Türkiyə və Orta Asiya üzrə meneceri Ayhan Saracoğlu qeyd edib ki, onlar dünya elmi nəşriyyat bazarında 25 faizlik çəkiyə malikdirlər. «ScienceDirect», «Scopus», «SciVal» kimi elmi məlumat bazalarına sahibdirlər.
Məlumat üçün onu da bildirək ki, «ScienceDirect» platforması «Thomson Reuters»in “Web of Knowledge” platformasına bənzəyir. “Elsevier” iddia edir ki, onların platformasında 12 milyona yaxın elmi məqalə var.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL