Azərbaycanda bu ilin sonunadək 1000-dək “Emanat” ödəniş terminalı quraşdırılacaq
Azərbaycan elektron ödəniş xidmətləri bazarında "MilliÖn" terminallarının rəqibi ola biləcək "Emanat" sistemi üç ay ərzində ölkənin 18 regionunda öz terminallarını quraşdırıb.
"Modenis" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, onlardan 2-si Gəncədə, qalanı isə Biləsuvar, Saatlı, Şəmkir, Göygöl, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Tovuz, Yevlax, Qazax, Ağstafa, Hacıqabul, Kürdəmir, Ucarda quraşdırılıb. "Mart ayından bu günədək biz ölkə üzrə 240 terminal quraşdırmışıq, onların əksəriyyəti Bakıda fəaliyyət göstərir. İlin sonuna kimi biz bu terminalların sayını 963-ə qədər artırmaq niyyətindəyik, onlardan 711-i Bakıda quraşdırılacaq", - deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, "Emanat" brendi altında fəaliyyət göstərən terminallar dünyada ən geniş terminal şəbəkəsinə malik olan "QIWI" qrupuna aiddir. "QIWI" qrupunun səhmdarları "Mail.ru Group", "QIWI" qrupunun menecmenti və beynəlxalq "Mitsui & Co., Ltd" şirkətidir.
Bir neçə ay bundan öncə "Contact" və "QIWI" ödəniş sistemləri Abxaziyaya, Azərbaycana, Belarusa, Gürcüstana, Qazaxıstana, Tacikistana, Ukraynaya və digər ölkələrdən olan istifadəçilərin valyuta pul köçürmələri həyata keçirmək imkanının təqdim edilməsi haqda məlumat yayılıb. Belə ki, "Contact" pul köçürmələrini «QIWI" terminalları» vasitəsilə rublda göndərib ABŞ dollarında almaq olar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL