Azərbaycanda “Emanat” ödəniş sistemi üzərindən bir ay ərzində 50 min tranzaksiya həyata keçirilib
Azərbaycanda yeni fəaliyyətə başlamış "Modenis" şirkətinin "Emanat" ödəniş sistemi üzərindən may ayı ərzində 50 min tranzaksiya həyata keçirilib.
"Modenis" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda şirkət təkcə iki kommunal xidmət operatorunun ödənişlərini qəbul edir. "Biz hazırda təkcə "Azəriqaz"ın və "Azərsu"nun xidmətlərinin ödənişlərini qəbul edirik. Bu ilin sonuna kimi isə ölkədə fəaliyyət göstərən bütün mobil rabitə operatorlarının, bankların, internet və kabel televiziyası provayderlərinin xidmətlərinin ödənişini qəbul edəcəyik.
Bununla yanaşı, il ərzində artıq "www.emanat.az" saytı vasitəsilə internet üzərindən elektron ödənişlərin həyata keçirilməsi xidmətlərini təqdim etmək niyyətindəyik",- deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, "QIWI" Qrupunun terminalları üzərindən xidmət göstərən şirkət gələcəkdə xidmət çeşidini genişləndirmək niyyətindədir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL