waplog

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq


“Sinam” şirkəti Azərbaycan Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZİPS) Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) təkmilləşdirilməsi üzrə işləri yaxın dörd ay ərzində başa çatdıracaq.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkətin qalib gəldiyi tenderin şərtlərinə əsasən, AZİPS və XÖHKS sistemlərinin aparat və proqram platformasının gücləndirilməsi nəzərdə tutulur. “Layihə çərçivəsində sistemlərin texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması, quraşdırılması və sazlanması nəzərdə tutulur. Sistemlərdə müvafiq “İBM” platformasının daha güclü versiyasının tətbiq edilməsi planlaşdırılır. Bizim proqnozlarımıza əsasən, layihə çərçivəsində nəzərdə tutulmuş işlər dörd ay ərzində başa çatdırılacaq”,- deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən keçirilən tenderin qalibi “Colvir Software Solutions Ltd.” (İngiltərə) və Azərbaycanın “Sinam” şirkətlərinin yaratdığı konsorsium müəyyən olunub. Hazırda Azərbaycan Mərkəzi Bankı və konsorsium arasında müqavilələr imzalanıb. “Colvir Software Solutions Ltd.” şirkəti bu layihədə əsas podratçı, “Sinam” şirkəti isə subpodratçı kimi iştirak edir.

Tenderin şərtlərinə görə, icraçı şirkətlər layihə çərçivəsində Mərkəzi Bankın Əsas İnzibati Binasında (Bakı şəhəri) və Sumqayıt şəhərlərində yerləşən Ehtiyat Mərkəzində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sistemi proqram təminatı tətbiq edilərək Real Vaxt Rejimində Banklararası Hesablaşmalar və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemləri ilə inteqrasiya edəcəklər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL