İkinci nəsil “Nexus 7” planşeti iyulda satışa çıxarılacaq
“DigiTimes” resursunun məlumatına əsasən, ikinci nəsil “Nexus 7” planşetinin satışa çıxarılması bu ilin iyuluna planlaşdırılıb. 16 QB-lıq daxili fləş-yaddaşla təchiz edilmiş qurğunun qiyməti 229 dollar təşkil edəcək.
Əksər şirkətlər qiymət rəqabəti apardığı və planşetlərinin qiymətini aşağı saldığı halda “Google” şirkəti 7 düymlük modellər seqmenti üçün 199-249 dollar qiymət diapazonunu saxlamaq niyyətindədir.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ikinci nəsil “Nexus 7” planşetinin texniki xüsusiyyətləri hələ ki açıqlanmır.
Bəzi mənbələrin iddiasına əsasən, yenilik 1920x1200 nöqtə təsvir ölçülü 7 düymlük ekran və “Snapdragon S4 Pro” və ya “Snapdragon 600” prosessorlarından biri ilə təchiz ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL