waplog

“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri" mövzusunda kütləvi informasiya vasitələri arasında təşkil olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Mobitel" ("Nokia Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Caspian Telecom" (HTC, "Sony i BlackBerry"-nin Azərbaycanda distribüteri), "İnteqral" ("Samsung Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Sun Mobile" ("Fly və Birds"-in rəsmi distribüteri) şirkətlərinin aprelin 1-də elan etdiyi müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilib.

Müsabiqə çərçivəsində hazırlanan məqalələr "IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri", "IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar", "Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir", "Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları" kimi mövzuları əhatə edib.

Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdirilib.

Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınıb, həmçinin müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilib.

Beləliklə, Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı üç müəllif üçün Türkiyəyə səfər təşkil olunur. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər isə mobil telefonlarla mükafatlandırılıblar.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL