Dünyanın ən nazik smartfonu təqdim edilib
"Huawei" şirkəti "Ascend P6" smartfonunu təqdim edib. Aparatın qalınlığı 6,18 millimetr təşkil edir və "Huawei" şirkəti onu dünyanın ən nazik smartfonu adlandırıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin yanvarında təqdim edilmiş "Alcatel One Touch Idol Ultra" aparatı bu göstərici üzrə əvvəlki rekordçu hesab edilirdi. Onun qalınlığı 6,45 millimetrdir.
Müqayisə üçün qeyd edək ki, "iPhone 5" smartfonunun qalınlığı 7,6 millimetr, "Galaxy S4"-də 7,9 millimetr və "HTC One"-də 9,3 millimetrdir. "Ascend P6" smartfonunun çəkisi 120 qramdır. O, 1280x720 nöqtə təsvir ölçülü 4.7 düymlük ekran, dördnüvəli prosessor və iki qiqabayt əməli yaddaşla təchiz edilib.
Daxili yaddaşın həcmi 8 QB-dır. Aparat, həmçinin ön paneldə 5 meqapiksellik kamera, "microSD" kartları üçün slotla təchiz edilib, "Dolby Digital Plus" səs sistemini və şirkətin "Emotion UI" proqram örtüyünü dəstəkləyir.
Adıçəkilən proqram örtüyü "Android 4.2.2" əməliyyat sisteminin "üzərinə" quraşdırılıb. "Ascend P6" smartfonu iyulda Avropada satışa çıxarılacaq və qiyməti 449 dollar olacaq. Smartfon mağazalara ağ, qara və çəhrayı korpuslarda tədarük ediləcək.
"Huawei" şirkəti ilin sonunadək aparatın "LTE" şəbəkələrini dəstəkləyən versiyasını çıxaracağına söz verib. Çinin "Huawei" şirkəti dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL