“Asan imza” “Elektron hökumət” portalına inteqrasiya ediləcək
"B.EST Solutions" şirkətinin rəhbəri Yana Krimpenin "ICTnews" xəbər xidmətinə verdiyi müsahibədə bildirib ki, yaxın zamanda vergi ödəyicilərinə "Asan imza" xidməti təqdim ediləcək.
"Hazırda biz "Asan xidmət" və Azərbaycan Vergilər Nazirliyi ilə birgə "Asan imza"nı ilk növbədə vergi ödəyicilərinə təqdim etməyə hazırlaşırıq. Növbəti mərhələdə isə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim ediləcək. Bununla yanaşı, biz bu xidməti digər nazirliklərdə və banklarda tətbiq etmək niyyəti ilə danışıqlar aparırıq və yaxın zamanda bu haqda ətraflı məlumat təqdim edəcəyik",- deyə o bildirib.
Y. Krimpenin öncə verdiyi məlumata əsasən, hazırda şirkət bir sıra dövlət strukturları ilə birgə "Mobil hökumət"in yaradılması ilə bağlı layihələrin həyata keçirilməsinə başlayıb.
"Mobil hökumət" xidmətlərinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Mobil rabitə vasitələrini insanlar həmişə özləri ilə daşıyırlar və onlardan istifadə etməyə istənilən vaxt hazırdırlar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL