waplog

HEKAYƏT: Stiv Cobs Voznyakı necə aldadıb?


Deyilənə görə, "Atari" şirkəti Stiv Cobsa plata üzərində yerləşən çiplərin sayını minimum səviyyəyə çatdırmağı təklif edir və sxemdən götürülməsi mümkün olan hər bir çipə görə 100 dollar məbləğində pul vəd edir.

Stiv Cobs elektron plataların qurulmasının elə də yaxşı bacarmadığı üçün onunla birgə çalışan Stiv Voznyaka (Stiv Voznyak həm də "Apple" şirkətinin həmtəsisçilərindən biridir) təklif edir ki, əgər o da bu işə qol qoysa, qazanılan məbləği yarı bölərlər. Razılığa gələn dostlar 50 çip azaldılmış platanı sifarişçiyə təqdim edir.

Bu "Atari" şirkətinin rəhbərliyini sözün əsl mənasında təəccübləndirir. Çünki, S.Voznyak elə bir sıx sxem yaratmışdı ki, həmin sxemi kütləvi istehsal zamanı yaratmaq qeyri mümkün idi.

Məqam verilən pulun bölüşdürülməsinə gəldikdə, Stiv Cobs yaxın dostuna qarşı bir qədər simiclik edib.

O Voznayaka "Atari"-nin danışılan qədər deyil, cəmi 700 dollar verdiyini deyir. Əslində isə məbləğ 5000 dollar olur. Voznyak isə öz növbəsində bu puldan yalnız 350 dollarını götürür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL