“LG” şirkəti Koreyada 1 milyon “Optimus G Pro” smartfonu satıb
"LG" şirkəti "Optimus G Pro" smartfonunun uğurları ilə bölüşüb. Sözügedən modelin satışlarına start verildiyi andan yalnız Cənubi Koreya ərazisində artıq 1 milyon aparat satılıb.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, gündəlik orta hesabla, təxminən 8 min smartfon satılır. Xatırladaq, "LG Optimus G Pro" smartfonu bu ilin fevralında təqdim edilib. Beləliklə, 1 milyon smartfonun satışına 4 ay vaxt lazım olub.
Müqayisə üçün qeyd edək ki, "Samsung" şirkəti 3 ay ərzində ərazisində 1 milyon "Galaxy Note II" smartfonu satıb. "LG Optimus G Pro" smartfonunun qlobal satış həcmi haqqında məlumat verilmir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL