“Biznesdə ideal İP-telefoniya həlləri” mövzusunda seminar keçirilib
"Ultra" və "D-Link" şirkətləri tərəfdaşlıq proqramı əsasında Azərbaycanın bir sıra şirkət və dövlət qurumlarının İT mütəxəssisləri üçün "Biznesdə ideal İP-telefoniya həlləri" mövzusunda seminar keçirib.
Seminarın məqsədi İT mütəxəssislərinə "D-Link" İP-telefoniya və s. məhsullarının texniki tərəfdən məlumatların verilməsi və bir sıra məhsulların təqdimat formasında çalışma formasını təqdim etmək idi. Bu gün Azərbaycan Respublikasında iqtisadi inkişafın artan dinamik tempi biznes mühitinin sürətlə inkişafına böyük təkan verir.
Azərbaycan şirkətləri və ölkədə fəaliyyət göstərən xarici şirkətlər bizneslərin ideal çalışmaları üçün müəyyən İT texnologiyaların vasitəsindən istifadəni labüd bilirlər. Müasir zamanda inkişaf etmiş hər bir şirkət və qurum ofis və ya idarələrində yüksək texnologiyalardan yararlanır və iş fəaliyyətinin asanlaşdırılmasında, daha səviyyəli xidmətin göstərilməsi üçün zəruri addımlar atır.
Məhz İT sahəsində bu zəruri xidmətləri göstərə biləcək ən böyük şirkətlərdən biri "Ultra" şirkətidir. Şirkətin İT sahəsi üzrə dünyanın ən böyük texnologiya şirkətləri ilə tərəfdaşlığı mövcuddur. Belə şirkətlərdən də biri "D-Link" şirkətidir.
Seminarın açılışını "Ultra" şirkətinin infrastruktur məsələləri üzrə departamentinin direktoru Ruslan Romanenko edib. R.Romanenko ilk olaraq "Ultra" şirkətinin son illər əldə etdiyi uğurlardan və tərəfdaş qismində təqdim olunan "D-link" şirkətindən bəhs edib.
O qeyd edib ki, 2004-cü il, iyun ayının 22-də Bakı Biznes Mərkəzində ilk dəfə olaraq Azərbaycanda və Qafqazda (Wi-Fi Hot Spot Zone) İnternet qlobal şəbəkəyə ümumi giriş nöqtələrinin təntənəli açılış mərasimi keçirilib. Həmin il MDB ölkələrində ilk dəfə olaraq "Ultra" şirkəti, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin 3 saylı orta məktəbində, daha sonra isə Bakı şəhərinin 6 saylı liseyində mobil təhsil sistemini tətbiq edib.
Sistemin tərkib hissəsi, "D-Link" naqilsiz giriş nöqtələri vasitəsilə lokal şəbəkəyə və internetə qoşulmuş portativ noutbuklardır. Sonra söz "D-link" şirkətinin layihə meneceri Viktor Kolosova verildi. 1986-cı ildən yaranmış "D-Link" şirkəti şəbəkə və telekommunikasiya avadanlıqlarının dünyaca məşhur istehsalçısı etalonuna çevrilib. 11 ildən artıq "Ultra" şirkəti ilə birgə əməkdaşlıq bir çox layihələrə imza atıb.
Seminarın mövzusuna əsasən, Viktor Kolosov İP-telefoniya haqqında seminar iştirakçılarına ümumi məlumat çatdırdı. İP-telefoniya və yaxud internet telefoniya – internet şəbəkəsində səs siqnallarının ötürülməsini həyata keçirmək üçün tətbiq edilən texnologiyadır. Bu texnologiyanın əsas işləmə prinsipi: səs siqnalları, məlumat paketi formasına düşür. Bu məlumat paketləri internet şəbəkəsi vasitəsilə qarşı tərəfə ötürülür.
Qarşı tərəfdə isə bu paketlər geriyə dekodlaşaraq yenə də səs siqnalı formasına qayıdır. "D-link" kommutatoru əsasında ofisdaxili İP telefoniya sistemi kiçik ofislərin daxilində telefon əlaqəsinin təşkili üçün heç də baha olmayan çözüm təqdim edir və klassik ofis ATS-nin alternatividir. Bu sistemin tərkib hissələri klassik həll variantına çox bənzəyir.
Lakin onların qarşılıqlı əlaqəsi üçün tamamilə başqa yanaşmalar tətbiq edilir. Çıxışın sonunda Viktor Kolosov bildirib ki, məhz İP-telefoniya rabitə operatorlarına minimal təşkilati xərclər və pul xərcləri ilə rabitə xidmətinin rouminqini təşkil etmək imkanı yaradır.
İP-telefoniya texnologiyaları bazasında yaradılmış həllər daha çevik olmaları ilə bərabər, adi qaydada yaradılmış həllərdən dəfələrlə ucuz başa gəlir. Seminarın sonunda Viktor Kolosovla seminar iştirakçıları arasında maraqlı diskussiyalar olub, müxtəlif suallar cavablandırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL