waplog

Nazir Şəkidə vətəndaşlarla görüşüb


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşlarla görüşlər davam etdirilir.

Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə bu rayondan, eləcə də Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlarla görüşüb. Şəki Telekommunikasiya Qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüş zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirib ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmaqla bağlı olub. Nazir vurğulayıb ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilib. Müraciətlərin bir neçəsi ucqar kəndlərdə mövcud rabitə problemləri ilə bağlı olub.

Nazir bildirib ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Görüş zamanı bir neçə valideyn ali məktəblərdə təhsil alan övladlarının təhsil xərclərinin ödənilməsinə kömək göstərilməsini xahiş edib. Bu müraciətlər müsbət həllini tapıb.

Əli Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini diqqətə çatdırıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL