Azərbaycan “TERENA Networking Conference” beynəlxalq konfransında təmsil olunub
Azərbaycan Niderlandın Maastrixt şəhərində “TNC-2013 – TERENA Networking Conference” beynəlxalq konfransında təmsil olunub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Avropanın ən nüfuzlu tədbirlərindən olan “TNC-2013” Hollandiyanın “SURFnet”, “Cisco”, ADVA və digər məşhur şirkət və təşkilatların təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev təmsil edib.
Tədbirdə internetin gələcək problemləri, big-data, yeni nəsil şəbəkələr, yaşıl İT, e-hökumət, təhsil və tibb, ağıllı, sensor şəbəkələr, qabaqcıl kütləvi informasiya vasitələri və s. mövzularla bağlı müzakirələr aparılır, böyük həcmli informasiyanın ötürülməsi sahəsində əldə edilmiş nailiyyətlər, robotla uzaq məsafədən qarşılıqlı əlaqənin təmini ilə bağlı təqdimatlar keçirilir.
“Cisco” şirkətinin “Əşyaların interneti” mövzusunda simpoziumu keçirilib. Sosial şəbəkə problemləri bu gün dünyanı düşündürən mühüm məsələlərdən biridir. Təhlükəsizlik və konfidensiallıq olduqca vacib problemlərdir, internetin idarə olunması siyasəti ilə azad internet arasında balansın təmin edilməsi İT ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir ki, bu da tədbirin ən aktual mövzularından olub.
“TNC-2013” eyni tarixdə, “TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası)” Baş Assambleyasının 39-cu toplantısında keçirilib. Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev təmsil edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL