“BlackBerry Z10”-da ciddi boşluq aşkar edilib
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər tərəfindən "BlackBerry Z10" smartfonunda, itirilmiş mobil telefonun mobil və ya "Wi-Fi şəbəkəsi vasitəsilə axtarış funksiyasında təhlükəli boşluq aşkar edilib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, mütəxəssislər bildirib ki, bu boşluq əməliyyat sistemində deyil, ona daxil olan smartfonun yerləşməsini müəyyən edən əlavədə gizlədilib.
Bu əlavə əməliyyat sistemində və fayllarda üstünlüklərlə düzgün işləmir, bu da sadə ziyanverici soft vasitəsilə və bir-iki manipulyasiya köməyi ilə "Z10"-nun parolunu dəyişməyə və ya smartfonun qanuni sahibi üçün aparat itdikdə məlumatların silinməsi funksiyasını söndürmək imkanı verir.
Mütəxəssislər deyirlər ki, virus eyni zamanda smartfonun bir sıra digər funksiyalarına və şəxsi məlumatlarına çıxış əldə etməyə imkan verir. Ötən ilin noyabr ayında "BlackBerry 10" ABŞ hökumətinin, şəxsi məlumatların təhlükəsizliyinə zəmanət verən "FIPS 104-2" sertifikatını alıb.
"BlackBerry" bu boşluğun aradan qaldırılması istiqamətində işlər aparır. Lakin şirkətdən onu da qeyd ediblər ki, onlara bu istiqamətdə real haker hücumları haqda heç nə məlum deyil.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL