2012-ci ildə informasiya itkisindən dəymiş zərərin həcmi milyardlarla avro təşkil edib
2012-ci ildə informasiya itkisi haqqında genişmiqyaslı tədqiqatın nəticələri məlum olub. “Zecurion Analytics”-in məlumatlarına əsasən, ötən il informasiya təhlükəsizliyi hadisələri nəticəsində dəymiş zərərin həcmi 20,083 milyard dollar təşkil edib.
Bununla belə, 2012-ci ildə ötən illə müqayisədə informasiya itkisindən dəymiş zərərin həcmi azalıb. Lakin informasiya itkisi nəticəsində zərər çəkmiş şirkətlərin xərclərinin həcmi artmağa davam edir.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqatçıların məlumatına görə, ötən il qeydə alınmış informasiya itkisinin 20,5%-i veb-xidmətlərin payına düşüb. 2012-ci ildə noutbuk və planşetlər üzərindən itkilərin payı artaraq 16,5% təşkil edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL