Gənclərin İKT ixtisaslarına maraqları artırılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə şagird və tələbələr arasında informasiya-kommunikasiya texnologiyaları ixtisaslarının təbliği üzrə maarifləndirmə işləri aparır. Bu istiqamətdə yeniyetmələrin İKT obyektlərinə ekskursiyaları təşkil edilir, onları maraqlandıran suallar cavablandırılır, sahənin perspektivləri izah olunur.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. O bildirib ki, RİTN bir sıra qeyri-hökumət təşkilatları ilə birgə respublikanın müxtəlif rayonlarından orta məktəblərin yuxarı sinif şagirdlərinin həm 2012-ci, həm də 2013-cü ildə İKT obyektlərinə səfərlərini reallaşdırıb.
Bu cür səfərlərin həm «Azərpoçt»a, həm «Aztelekom»a, həm də digər obyektlərə edildiyini vurğulayan N.Məmmədov əlavə edib ki, sözügedən təbliğat işlərinin aparılması 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planında da əks olunub: «Bu kimi görüşlərdə yeniyetmələrə İKT sahəsi ilə bağlı biliklər verilib, onların bu sahəyə maraqlarının artırılması üçün işlər görülüb. Gənclərin, ümumiyyətlə, bu sahəyə marağı çoxdur. Digər tərəfdən, düşünürəm ki, belə görüşlərin vaxtaşırı keçirilməsi, onlara İKT sahəsində aparılan işlər barəsində ətraflı məlumatların verilməsi gənclərin bu sahəyə diqqətini, marağını daha da artıra bilər. Gələcəkdə də belə görüşlərin təşkili nəzərdə tutulub. Çünki dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan əhalisinin də böyük əksəriyyəti rabitə və informasiya texnologiyalarından geniş şəkildə istifadə edir. O baxımdan hər bir gənc üçün İKT sahəsində baş verən yeniliklər maraqlıdır. Cəmiyyətin aktiv təbəqəsi internetdən geniş şəkildə yararlanır. Hazırda ölkənin bəzi yerlərində də internet hələlik yoxdur. Amma onların da internetlə təmin olunması istiqamətində nazirlik tərəfindən böyük işlər aparılır. Lakin bu cür yerlərdə insanlar özlərinin internetə olan tələbatını mobil telefon vasitəsilə də təmin edə bilirlər".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL