Azərbaycanın sığorta mütəxəssisləri İsveç və Latviyanın sığorta sahəsində İT-in tətbiqi təcrübəsi ilə tanış olub
İcbari Sığorta Bürosunun və Büronun iştirakçıları olan sığorta şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti İsveç Krallığına və Latviyaya işgüzar səfər edib.
"ICTnews" elektron xəbər xidmətinə İSB-dən verilən məlumata görə, nümayəndə heyətinin İsveç Krallığına Avtosığortaçılar Bürosunun dəvəti əsasında baş tutan səfərinin əsas məqsədi icbari avtonəqliyyat sığortası, müvafiq informasiya sisteminin istifadəsi, "Yaşıl kart" beynəlxalq avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığorta-təminat sistemi sahəsində geniş təcrübəyə malik olan, qabaqcıl informasiya texnologiyalarının və sahə praktikasının tətbiqi ilə tanınan İsveç Bürosunun iş təcrübəsi ilə tanış olmaqdan ibarət olub.
Səfər çərçivəsində İsveç Avtosığortaçılar Bürosunun əməkdaşları nümayəndə heyəti üçün qeyd olunan mövzularda təqdimatlarla çıxış edib, zəruri məlumatlar verib, həmçinin müvafiq istiqamətlərdə müzakirələr və fikir mübadilələri aparılıb.
Həmçinin, Latviyanın "Nexum İnsurance Technologies" şirkətinin dəvətinə əsasən, nümayəndə heyəti İsveç səfərindən geri qayıdarkən, Riqa şəhərinə birgünlük səfər edib.
Səfər çərçivəsində şirkət sığorta bazarında ümumi dinamika və informasiya texnologiyalarının tətbiqi, sığorta şirkətlərinin bundan əldə edə biləcəyi fayda və səmərəlilik, sığorta sahəsində təklif oluna bilən müxtəlif İT həll yolları və s. məsələlər barədə maraqlı təqdimatla çıxış edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL