“Bakcell” yeni rouminq kampaniyasını təqdim edib
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti yeni eksklüziv kampaniyasını elan edib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, məzuniyyət mövsümünün gəlişini nəzərə alaraq, “Bakcell” ölkə xaricində dincəlməyə üstünlük verən müştərilər üçün rouminq xidmətləri üzrə xüsusi təklif hazırlayıb. İyun ayının 21-dən etibarən, Türkiyə, Gürcüstan və Rusiyaya səfər edən bütün “CİN” və “Yeni Klass” abonentləri daxil olan zənglərin dəqiqəsinə 0,35 manat ödəyib danışa biləcəklər.
Kampaniya çərçivəsində çıxış zənglərinin dəqiqəsinin qiyməti, sadəcə, 0,75 manat təşkil edəcək. Kampaniyaya qoşulmaq üçün *130# nömrəsini yığmaq kifayətdir.
Kampaniyanın gündəlik xidmət haqqı 0,35 manat təşkil edir. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılacaq.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün abunəçilər Türkiyədə – “Vodafone” və “Avea”, Gürcüstanda – “Magticom” və “Mobitel”, Rusiyada isə - “Beeline” mobil rabitə operatorunun şəbəkəsinə qoşulmalıdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL