Azərbaycanın “Sinam” şirkəti Qırğızıstanın vergi sisteminin avtomatlaşdırılmasını başa çatdırır
Azərbaycanın "Sinam" şirkəti Qırğızıstanın vergi sisteminin avtomatlaşdırılması üzrə işləri başa çatdırır.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda sistemə yeni modulların əlavə edilməsi üzrə işlər aparılır.
«Qırğızıstanın vergi sisteminin avtomatlaşdırılması "Vergi inzibatçılığının modernləşdirilməsi və avtomatlaşdırılması" layihəsi çərçivəsində həyata keçirilir. Vergi sisteminin əsas modulları artıq aktivləşdirilib, hazırda biz sistemin funksionalını genişləndiririk və onu ölkədə fəaliyyət göstərən digər dövlət strukturları, o cümlədən Dövlət Sosial Müdafiə Fondu ilə inteqrasiya edirik. Bütün nəzərdə tutulan işlərin bu ayın sonuna kimi başa çatdırılması gözlənilir», – deyə şirkətdə bildiriblər.
Xatırladaq ki, şirkət Qırğızıstanda eyni zamanda Dövlət əmlakının vahid reyestrinin yaradılması üzrə layihəni həyata keçirir.
AYNUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL