“İnformatika” dərslikləri əsasında hazırlanmış “Ən yaxşı videotədris resursu” üzrə müsabiqəyə sentyabrın sonunda yekun vurulacaq
"Bakı" nəşriyyatı və "İnformatika" dərsliyinin həmmüəlliflərinin (Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva) elan etdiyi "Ən yaxşı videotədris resursu" üzrə müsabiqəyə 2013-cü ilin sentyabr ayının sonunda yekun vurulacaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə "http://www.informatik.az/" saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib.
Onun sözlərinə görə, ümumtəhsil məktəbləri üçün "İnformatika" dərslikləri əsasında hazırlanmış "Ən yaxşı videotədris resursu" ilə bağlı müsabiqədə iştirak etmək istəyən müəllim I-XI siniflər üzrə "İnformatika" dərsliklərində olan istənilən bir mövzu əsasında "Camtasia Studio" və ya digər videoredaktorlardan birində dərsin videoizahatının hazırlamalıdır.
Hazırlanmış videofaylı www.youtube.com saytında yerləşdirməlidir. Videonun www.youtube.com–dakı linkini informatik-az@mail.ru elektron ünvanına göndərməlidir. Şərtlərə əsasən, hər müəllim müsabiqəyə ancaq bir iş təqdim edə bilər. İş Azərbaycan dilində hazırlanmalıdır. Videodərs nümunələri informatik.az saytında yerləşdiriləcək. Bütün işlər ekspertlər tərəfindən qiymətləndiriləcək. Qaliblər diplomlarla və hədiyyələrlə təltif olunacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL