waplog

İnnovativ sahibkarlıq investisiya qoyuluşları üzrə vergilərin stimullaşdırılması məsələsini aktuallaşdırıb


Müasir dövrdə sahibkarlığın yeni fəaliyyət növlərinin, o cümlədən innovativ sahibkarlığın elm­tutumlu məhsulların və yüksək texnologiyaların istehsalı fəaliyyətinin yaranması ilə əlaqədar investisiya qoyuluşlarının vergi stimullaşdırılması məsələsinin aktuallığı daha da artıb.

Eyni zamanda, investisiyalara verilən vergi stimullarından istifadənin sadələşdirilməsi, vergi yükünün istehsalçıdan istehlakçıya, emaledici sənayedən xammal istehsalçılarına köçürülməsi, vergilərin tətbiqi mexanizmlərinin sadələşdirilməsi investisiyaya verilən vergi stimullarının səmərəliliyinə müsbət təsir göstərən əsas amillər olaraq qalır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikrin müəllifi Vergilər Nazirliyinin Strateji Araşdırmalar və Vergi Siyasəti Baş İdarəsinin rəisi Akif Musayevdir. 2001-ci ildən tətbiq olunan Vergi Məcəlləsinə 33 qanunla 815 bənd üzrə dəyişiklik edildiyini deyən Baş İdarənin rəisinin sözlərinə görə, bütün dəyişikliklərdə məcəllənin əsas prinsipi olan vergi yükünün artırılmasına yol verilməməsi gözlənilib, vergi yükü aşağı salınıb, vergitutma bazası genişlənib:

“Son dəyişikliklərə əsasən, məcəlləyə bir sıra anlayışlar daxil edilib. Əsas dəyişikliklər sənaye və texnologiya parkları, partnyorluq sazişi, vergi riskləri, onların minimumlaşdırılması, elektron auditlə bağlıdır. Dəyişiklikdən sonra birinci qrup anlayışlar sənaye və texnologiya parklarında rezident hüquqi şəxslər və fərdi sahibkarlar texnika, texnoloji avadanlıq və qurğuların idxalında ƏDV-dən, onların parkdakı əmlaklarına görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən, fəaliyyətdən əldə etdikləri gəlirə görə (əməkhaqqından tutulan gəlir vergisi istisna olmaqla)  gəlir və ya mənfəət vergisindən 7 il müddətinə azad ediliblər. Parkın idarəedici təşkilatı və ya operatoru müddətsiz olaraq texnika, texnoloji avadanlıq və qurğuların idxalında ƏDV-dən mənfəətin infrastrukturun tikintisi və saxlanılmasına  yönəldilmiş hissəsi üzrə mənfəət vergisindən, parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad olunublar. Məcəlləyə elektron auditə keçidlə bağlı normalar daxil edilib və mühasibat uçotunu elektron formatda aparan vergi ödəyicilərinin vəzifələri də müəyyənləşdirilib. Bu vəzifələrə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron daşıyıcılarındakı məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılması, mühasibat uçotu sənədlərinin elektron və kağız formatında tam oxunaqlı vəziyyətdə 5 ildən az olmayan müddətdə saxlanılması, tələb olunan müddət ərzində sənədlərin və elektron faylların vergi orqanına  təqdim edilməsi daxildir”.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL