waplog

Bakıda bütün təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsinə başlanılıb



Səhiyyə sistemində elektron xidmətlərin tətbiqini genişləndirən Səhiyyə Nazirliyi paytaxtın bütün təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsinə start verib. Məqsəd Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) daxil olan çağırışlarla bağlı məlumatların daha tez ötürülməsi və nəticədə briqadanın hadisə yerinə daha tez çatmasına dəstək verməkdir.

Nazirlikdən bildirilib ki, çağırış haqqındakı məlumat kompüterə daxil edildikdən sonra həmin  məlumat ərazidən asılı olaraq, birbaşa aidiyyəti həkimə və ünvana ən yaxın yerdə olan briqadaya ötürülür. Bu mobil cihaz briqadaya yanlış məlumatların ötürülməsinə də imkan vermir.

Bundan başqa, çağırışların elektron qeydiyyatı aparıldıqda vahid məlumat (verilənlər) bazası da yaradılır. Pasiyentlər barədə məlumatlar daim yaddaşda qaldığı üçün istənilən zaman həmin məlumatların təkrar istifadəsi mümkündür. Artıq BŞTTTYS-nin təcili tibbi yardım maşınlarının 70 faizi planşetlərlə təmin olunub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL